A

UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) 10 illik yubileyi münasibətilə növbəti tədbir keçirilib.

Seminarda UNEC-in professor-müəllim heyəti, doktorant və magistrlər iştirak ediblər.

İAETİ-nin direktoru, professor Yadulla Həsənli iştirakçılara bildirib ki, elmi seminar UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun 10 illik yubileyi münasibətilə keçirilməsi nəzərdə tutulan silsilə tədbirlərdən ikincisidir.

Sonra İAETİ-nin elmi katibi Rafail Rzayev “Davamlı inkişaf və davamlı istehlak” mövzusunda çıxış edib. Məruzədə davamlı inkişaf, onun ekoloji aspektlərindən bəhs olunub. Davamlı istehlakın mahiyyəti, fərdi istehlakın nəticələrinin ətraf mühitə təsirləri, bu təsirlərin azaldılması üçün görülən zəruri tədbirlər, eləcə də inkişaf etmiş ölkələrin bu istiqamətdəki təcrübəsi haqda ətraflı məlumat verilib. Daha sonra Azərbaycanda davamlı istehlakın təmin edilməsi üçün həyata keçirilməsi zəruri olan tədbirlər haqda təkliflər səsləndirilib.

Məruzənin yekununda suallar cavablandırılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay