A

UNEC-də “Maliyyə vəziyyəti haqqında hesabatın hazırlanması” mövzusunda təlim təşkil edilib.

Təlimin təşkilatçısı, universitetin Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev bildirib ki, Azərbaycan Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin tətbiq edilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə UNEC-də “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” təsdiq edilib. Artıq üçüncü ildir bu istiqamətdə ciddi işlərin reallaşdırıldığını deyən Səbuhi Tanrıverdiyev Strateji Plan çərçivəsində həyata keçirilən təlimlərdə mövzuların kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti prosesində meydana çıxa biləcək və onları narahat edən praktiki məsələləri özündə ehtiva etdiyini qeyd edib.

Sayca 10-cu təlim "Maliyyə vəziyyəti haqqında hesabatın  hazırlanması” mövzusuna həsr olunub. Təlimdə təqdimatla çıxış edən “Mühasibat uçotu və audit” kafedrasının müdir müavini, baş müəllim Nəzakət Musayeva maliyyə hesabatının beynəlxalq standartları, bu standartlar əsasında maliyyə vəziyyəti haqqında hesabatın tərtib edilməsi və təqdim edilməsi qaydaları, hesabata daxil edilən maddələr, maliyyə hesabatlarının tam siyahısı, hesabatda əks etdirilən informasiyanın keyfiyyət xarakteristikaları və maliyyə hesabatının təyinatı barədə geniş məlumat verib.

Dinləyicilər tərəfindən xüsusi maraqla qarşılanan təqdimat ətrafında müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR