A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə distant təlimlər keçirilib.

UNEC Eksterndə keçirilən distant təlimlər Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi Mərkəzinin Keyfiyyətə nəzarət şöbəsinin təşkilatçılığı ilə baş tutub. Keyfiyyətə nəzarət şöbəsinin əməkdaşları, həmçinin keyfiyyət elçiləri universitetin professor-müəllim heyətini prosesə qoşulma qaydaları barədə məlumatlandıraraq, onları təlimin proqramı ilə təmin ediblər.

Təlimin ilk günündə dosent Azər Mehdiyev “Sillabusun tərtib edilməsi, məzmunu və strukturuna qarşı tələblər” mövzusunda çıxış edib. Təlimdə müvafiq struktur və bölmə rəhbərləri, həmçinin Zaqatala filialının müəllimləri də daxil olmaqla, 400-ə yaxın professor-müəllim heyəti qatılıb.

UNEC Eksterndə birbaşa yayımlanan distant təlimlərin məqsədi UNEC əməkdaşlarını tədrisin daha da keyfiyyətli təşkili üçün maarifləndirmək olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay