A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Professorlar  Klubunda növbəti görüş kecirilib.

Tədbirdən öncə Professorlar Klubunun mərhum üzvü, professor Aydın Səmədovun xatirəsi bir dəqiqləik sükutla yad edilib.

Professorlar Klubunun sədri, Maliyyə və maliyyə institutları kafedrasının mudiri  professor Əvəz Ələkbərov Zəfər bayramı, qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə klubun üzvlərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ə.Ələkbərov yola salmaqda olduğumuz 2020-ci ilə qısa nəzərə salaraq, ölkədə pandemiya səbəbilə baş verən dəyişiklər və UNEC-in bu istiqamətdə atdığı addımlardan danışıb. Pandemiya dövründə UNEC-də distant təhsil modelinin uğurla tətbiq olunduğunu diqqətə çatdıran professor, bu təhsil modelinin daha da təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib. Pedaqoji heyətin texniki bilk və bacarıqlarının yüksəldilməsi məqsədilə mütəmadi olaraq təlimlərin keçirildiyini və bu proseslərin müsbət nəticələr verdiyini vurğulayıb.

2020-ci ildə UNEC-in 90 illik yublieyinin qeyd edildiyi deyən Ə.Ələkbərov, bu il yeni tədris binasının istifadə verildiyini, ölkə Prezidenti və Birinci vitse prezidentin yeni tədris binasının açılışda iştirak edərək görülən işləri müsbət qiymətləndiməsini böyük uğur adlandırıb. 90 illik münasibətilə UNEC-in bir sıra əməkdaşlarının dövlət səviyyəsində təltif edilməsinin ölkə rəhbərliyinin bu ali təhsil ocağında çalışan əməkdaşlara göstərdiyi diqqətin bariz nümunəsi olduğunu  diqqətə çatdırıb.

Ə.Ələkbərov 2020-ci ildə Azərbaycan tarixində möhtəşəm Zəfər salnaməsinin yazıldığını, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdüyünü, torpaqlarımızı işğalçılardan təmizlədiyini, ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa etdiyini bildirib. Bu haqlı mübarizədə Azərbaycanın həm hərbi, həm də siyası meydanda qalib xalq və məğlubedilməz dövlət kimi özünü təsdiq etdiyini deyib. Ə.Ələkbərov Professorlar Klubunun növbəti görüşünün Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada təşkil olunacağını qeyd edib.

Görüşdə Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov, kafedra müdiri, professor Arif Şəkərəliyev, Magistratura Mərkəzinin direktoru, professor Qabil Manafov və klubun digər ezvləri 2020-ci ildə universitetdə aparılan islahatlar, ölkəmizdə və dunyada baş vermiş hadisələrlə baglı fikir mübadiləsi aparıblar. 

TOP XƏBƏRLƏR