A

UNEC nəzdnində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun (İAETİ) təşkilatçılığı ilə institutun 2020-ci ildəki fəaliyyətinin nəticələrinə həsr olunmuş elmi seminar keçirilib.

Seminarda UNEC-in professor-müəllim heyəti ilə yanaşı, BDU, Azərbaycan Texniki Universiteti, AMEA-nın İqtisadiyyat İnstitutu və digər təşkilatların əməkdaşları da iştirak ediblər.

Tədbirdə İAETİ-nin direktoru, professor Yadulla Həsənli institutun son ildəki tədqiqat mövzuları haqqında qısa məlumat verib.

Sonra İAETİ-nin direktor müavini, professor Rövşən Quliyev “Azərbaycanın kənd təsərrüfatının ayrı-ayrı iqtisadi fəaliyyət sahələrinə təsirinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Tədqiqatın metodologiyası haqqında məlumat verən məruzəçi bir neçə metod əsasında ölkədə kənd təsərrüfatının potensialının qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqatın birinci mərhələsinin nəticələri ilə iştirakçıları tanış edib. Son illərdə kənd təsərrüfatı məhsullarının məhsuldarlığının sürətlə artmasını və əksər kənd təsərrüfatı məhsullarının özünütəminetmə səviyyəsinin yüksək olduğunu nəzərə çatdıran Rövşən Quluyev qeyd edib ki, aqrar sferanın ÜDM-də payına görə Azərbaycan inkişaf etmiş ölkələr səviyyəsində olsa da, məşğul əhalinin payına görə geridədir. Sonda məruzəçi kənd təsərrüfatının çoxlu sayda amillərin təsirinə məruz qaldığını nəzərə alaraq, bu amillərin təsir gücünün müəyyənləşdirilməsi məqsədilə hər bir məhsul üçün ayrıca tədqiqat aparılmasının vacibliyini vurğulamış və bu mövzunun növbəti 2 ildə də İAETİ-nin iş planında olduğunu və həmin sahədə tədqiqatların davam etdiriləcəyini vurğulayıb.

Sonra tədqiqatın nəticələri ətrafında müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay