A

UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Tələbələr arasında tədqiqat fəaliyyətinin təşkili: elmi və metodoloji problemlər” mövzusunda onlayn seminar keçirilib.

Seminar tələbələri elmi yaradıcılığa təşviq etmək, tədqiqat fəaliyyətinin təşkilində elmi və metodoloji yanaşmaların düzgün müəyyənləşdirmək məqsədilə təşkil olunub.

Seminarda çıxış edən Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dos. Elman Cəfərov tələbələrin tədqiqat fəaliyyətinin və elmi-texniki yaradıcılığının inkişaf etdirilməsinin təhsilin modernləşdirilməsinin ayrılmaz hissəsi olduğunu qeyd edərək, elm və təhsilin inteqrasiyasının gənclərin yaradıcı təşəbbüskarlığının inkişafında əsas amillərdən biri  olduğunu diqqətə çatdırıb.

Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri Ülviyyə Rzayeva “Tələbələr arasında tədqiqat fəaliyyətinin təşkili: elmi və metodoloji problemlər” adlı məruzəsində müasir universitetlərin fundamental biliklərin və təcrübəyə hədəflənən innovasiyaların inkişafına birbaşa təsir göstərə bilməsini, buna görə də bu gün əsas vəzifələr sırasında universitet təhsili müddətində tələbələrin tədqiqat fəaliyyətlərinin inkişafının dəstəklənməsi olduğunu qeyd edib.

UNEC SABAH Mərkəzinin rəhbəri dos. Aida Quliyeva bu sahədə geniş təcrübəsinə əsaslanaraq qeyd edib ki, ölkədə baş verən sosial-iqtisadi dəyişikliklər, iqtisadi inkişaf yolunda atılan innovativ addımlar, peşə fəaliyyətində idarəetmə funksiyalarını genişləndirmək meylləri cəmiyyətin yüksək peşəkarlıq tələblərinin dəyişməsinə səbəb olub. Elmi və texnoloji tərəqqi, həyatın və istehsalın bütün sahələrində elmin sürətlə tətbiqi gənc mütəxəssislərdən yalnız geniş nəzəri baxışlar deyil, həm də müxtəlif növ problemlərin həllinə yaradıcı yanaşma tələb edir və bu məsələdə təməl rolun universitetlərin üzərinə düşdüyünü vurğulayıb.

Daha sonra Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının professoru Arzu Hüseynova, dosentlər Hafiz Bayramov, Kamil Məmtiyev, Hilalə Cəfərova istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat işlərinə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb edilməsindən, TEC vasitəsilə bu fəaliyyətlərin təşkili ilə bağlı öz fikir və tövsiyələrini bölüşüblər.

Seminarın sonunda Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova səsləndirilən təklif və tövsiyələrlə bağlı öz fikirlərini paylaşıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay