A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm günləri” çərçivəsində növbəti tədbir “Tədqiqat iqtisadi inkişafın lokomotividir” mövzusunda olub.

Tədbirin açılışında UNEC nəzdində İAETİ-nin direktoru professor Yadulla Həsənli elmin iqtisadiyyatın inkişafındakı rolundan bəhs edib. O, elmi tədqiqatların və müzakirələrin bu sahəyə mühüm töhfələr verə biləcəyini diqqətə çatdırıb.

Sonra İAETİ-nin direktor müavini, professor Rövşən Quliyev “Tədqiqat iqtisadi inkişafın lokomotividir” mövzusunda təqdimatla çıxış edib. Milli iqtisadiyyatın inkişafı kontekstində dünyada və regionda baş verən proseslərdən söz açan məruzəçi, Azərbaycan iqtisadiyyatının mövcud problemləri və onların həlli yollarını da açıqlayıb. İşğaldan azad olunmuş ərazilərlə bağlı yaranan yeni reallıqlara toxunan R.Quliyev, dövlət büdcəsi ilə bağlı məsələlərə diqqət çəkib.

Təqdimatdan sonra məruzə ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları məruzəçi tərəfindən cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay