A

UNEC Rus İqtisad Məktəbində su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair tədbir keçirilib.

"Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasının dosenti Adil Məmmədovun təqdimatı ilə keçirilən tədbirdə ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlərin görüldüyünü bildirib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya yaradıldığını diqqətə çatdırıb.

Bölgələrdə sugötürücü sistemlərin yeniləndiyini, sutəmizləyici qurğular, iritutumlu su anbarları tikildiyini vurğulayan məruzəçi, işğaldan azad olunmuş ərazilərdə su təsərrüfatı və meliorasiya obyektlərinin sayının daha dəqiq müəyyən edilməsi üçün  üçün məqsədyönlü işlərin aparıldığını qeyd edib.

Məruzədən sonra suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR