A

UNEC-in Maliyyə və mühasibat fakültəsində “Su ehtiyatlarının  səmərəli idarə edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Maliyyə və mühasibat fakültəsinin dekan müavini dosent Azər Qarayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” barədə məlumat verərək ölkəmizdə su ehtiyatlarından səmərəli istifadə, su çatışmazlığı probleminin aradan qaldırılması, içməli su təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.

UNEC-in "Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasının baş müəllimi, coğ.f.d. Afaq Hacıyeva tədbirdə “Dünyada su ehtiyatları və onların çirklənməsi problemləri” mövzusunda təqdimatla çıxış edib. O, okean və dənizlərə məişət tullantılarının atılması, çirkab suların axıdılmasının ildən-ilə artması, su hövzələrində çirklənmənin təbii neytrallaşma imkanının praktiki olaraq tükənməsi məsələlərinə diqqət çəkərək, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsinin təşkili, dünyada və ölkəmizdə su ehtiyatlarının  daha səmərəli idarə olunması imkanları barədə söz açıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay