A

Gəncə şəhərində Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə keçirilən İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransının açılış mərasimində “UNEC-də rənglər xəzinəsi” adlı rəsm sərgisi təşkil olundu. 

İyunun 4-də Gəncə şəhərinin Heydər Əliyev mərkəzində baş tutan sərgidə BMDM-in əməkdaşı Röya Sultanovanın, mərkəzin magistrantları və UNEC Dizayn məktəbinin tələbələrinin kətan, taxta, şüşə üzərində əl işlərindən ibarət 100-ə yaxın əsəri nümayiş etdirildi.  Nizami Gəncəvi irsinə, 44 günlük Vətən müharibəsinə həsr olunan əsərlər sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay