A

Kvartil  reytinq kateqoriya sistemi elmi nəşrlərin tanınma, tələb olunma və istinad göstəricilərinə uyğun qiymətləndirilməsidir.

Jurnalların kvartillər üzrə qiymətləndirilməsi aşağıdakı faizlərlə təyin olunur.

  • Q1 kvartilli 100%- 75%
  • Q2 kvartilli 75%- 50%
  • Q3 kvartilli 50%-25%
  • Q4 kvartilli 25%-0
  • N/A və ya N/N – indeksləşdirilməsi dayandırılan jurnallar

Belə ki, tanınma, tələb olunma və istinad göstəricilərinə görə Q1 kvartilli ən yüksək, Q4 isə ən aşağı kateqoriyadır. Scopus elmi platformasında jurnalların istinad göstəricilərinə görə qiymətləndiriliməsi CiteScore metrik göstəricisinə əsasən aparılır. Eyni adlı elmi nəşr müxtəlif tədqiqat sahələrinə görə fərqli faiz göstəriciləri ilə qiymətləndirilə bilər

Nümunə olaraq “Izvestiya Vysshikh Uchebnykh Zavedenii, Seriya Teknologiya Tekstil'noi Promyshlennosti” adlı Q4 kvartilli jurnal 1995-ci ildən Scopus elmi platformasının bazasında indekləşməkdədir. Jurnal materiallşünaqslıq, biznes, menecment və mühasibat uçotu, sənaye və istehsalat mühəndisliyi tədqiqat sahələri üzrə kateqoriyalara bölünür. Belə ki, materiallşınaqslıq Q4-17%-lə, biznes, menecment və mühasibat uçotu Q4-17%-lə, sənaye və istehsalat mühəndisliyi Q4-16%-lə qiymətləndirilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay