A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu (İAETİ) ilə Qazaxıstan Respublikası Milli İqtisadiyyat Nazirliyinin İqtisadi Tədqiqatlar İnstitutu Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq memorandum imzalanıb.

İAETİ-nin direktoru professor Yadulla Həsənli və İqtisadi Tədqiqatlar İnstitutu Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ruslan Sultanov arasında imzalanan memorandumda hər iki institut arasında birgə layihələrin işlənməsi, təcrübə mübadiləsi, iqtisadi siyasət və iqtisadi stabillik üzrə birgə tədbirlərin, o cümlədən konfrans və seminarların keçirilməsi, birgə məqalərin dərc edilməsi və s nəzərdə tutulub.

Memorandumda həmçinin, əməkdaşlığın institutsional mexanizmləri, tərəflər arasında əməkdaşlığı tənzimləyən ümumi şərtlər də müəyyənləşdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay