A

UNEC-də “Data analitikasında faktor və klaster analizinin tətbiqi” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin fəaliyyətindən danışıb, seminarın aktual və maraqlı mövzuya həsr olunduğunu qeyd edib.  

Mərkəzin rəhbəri Oqtay Quliyev təqdimatla çıxış edərək faktor analizinin məzmunu və mahiyyəti barədə məlumat verib.  Klaster alqoritminin tətbiqi sahələri barədə ətraflı danışan məruzəçi istehlak tərzlərinə aid  simvolik, rasional və planlı istehlak davranışlarının təhlili metodlarını iştirakçılarla bölüşüb.

İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay