A

UNEC-də Ümumi fənlərin tədrisinin təşkili departamenti və Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə Dövlət Müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan “Qloballaşan dünyada Azərbaycan dilinin inkişaf dinamikası” mövzusunda elmi seminarı keçirilib.

Seminarı giriş sözü ilə açan ÜFTTD-nin direktoru, dos.Gülnarə Rzayeva dövlətimizin müstəqilliyini şərtləndirən amillərdən söz açıb, Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşmasının ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi kimi dəyərləndirib.

Azərbaycan dili kafedrasının müdiri, prof. Tofiq Əbdülhəsənli Azərbaycan dilinin tarixindən bəhs edərək, ana dilimizin tarixin müxtəlif dönəmlərində təzyiqlərə məruz qaldığını, işlənmə arealının məhdudlaşdırıldığını qeyd edib. Professor ana dilinin inkişafında Ulu öndər Heydər Əliyevin misilsiz rolunu diqqətə çatdırıb.

Seminarda “Müstəqillik dönəmində milli dil siyasəti” mövzusunda çıxış edən dos. Aynur Qədimaliyeva hər bir xalqın tarixinin, mədəniyyətinin məhz həmin dildə əks olduğunu vurğulayıb. O, Şah İsmayıl Xətayinin hakimiyyəti dövründə Azərbaycan dilinin dövlət dili olmasını, Azərbaycan Xalq Cumhuriyyəti illərində  dilimizin inkişafının  daim diqqət mərkəzində olduğunu xatırladıb. Ötən əsrin 90-cı illərindən başlayaraq Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, saflığının qorunması üçün göstərdiyi böyük qayğıdan, imzaladığı fərman və sərəncamlardan danışıb.

“XX əsrin sonu XXI əsrin əvvələrində dilimizin inkişafı” mövzusunda çıxış edən dos. Çinarə Qəhrəmanova çağdaş dövrdə  dil amilinin çox böyük önəm daşıdığını qeyd edib. Dilimizin inkişafında görkəmli şəxsiyyətlərin rolundan danışıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay