×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-də “Qlobaldatalar Azərbaycanın təhlükəsiz inkişafına nə verə bilər?” mövzusunda elmi-meto doloji seminar keçirilib.

Hibrid formada təşkil olunan seminarda UNEC-in professor-müəllim heyəti ilə yanaşı, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nümayəndələri də iştirak ediblər.

Seminarın açılışında İAETİ-nin direktoru, əməkdar elm xadimi, professor Yadulla Həsənli qlobalar dataların son dövrdə sürətlə inkişaf etdiyini, bilik iqtisadiyyatı və informasiya cəmiyyəti üçün təhlükəsiz inkişaf konsepsiyasının əhəmiyyətini vurğulayıb. O, təqdim edilən tədqiqatın bu sahədə ilk sırada olmasını diqqətə çatdıraraq, müxtəlif istiqamətlərdə araşdırmaların davam etdirilməsinin perspektivlərini vurğulayıb.

Sonra seminarın məruzəçisi, UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, i.e.n., dosent Murad Bağırzadə müasir intellektual texnologiyaların yaratdığı imkanlar və onların yaratdığı bir sıra təhdidləri nümunələrlə göstərib. Mövzunun obyektinin qlobal datalar olduğunu deyən məruzəçi, tədqiqatın yenilik təşkil edən aspektlərinə toxunub. Yeniliklərin böyük həcmli məlumatlarının emal texnologiyalarını, süni intellektə əsaslanan kodlaşdırmanı, transformasiya sistemlərini və onların praktiki tətbiqi olduğunu diqqətə çatdırıb. Məruzəçinin çıxışında Azərbaycanın müstəqilliyinin 30 illik yolunun dünya medialarında əks etdirilməsi, 44 günlük müharibənin mühüm hadisələrinin qlobal xəbər datalarında işıqlandırılmasının tonallığı, media trendlərinin inkişaf istiqamətləri, habelə 16 noyabr 2021-ci il sərhəd toqquşmalarında informasiya təhdidlərinin təhlili əyani şəkildə nümayiş etdirildi.

Sonda iştirakçıların sualları cavablandırılıb. 

Tədbirin videoyazısını təqdim edirik

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay