A

UNEC Kitabxana İnformasiya Mərkəzi “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” layihəsinin növbəti sayında İspaniya Milli Kitabxanası araşdırılıb.

Layihənin 11-ci sayında İspaniya Milli Kitabxanasında Nizami Gəncəvi irsi araşdırılıb və burada Nizami Gəncəvi irsinə dair 2 audio və 12 çap materialı olmaqla ümumilikdə 14 biblioqrafik yazının mövcudluğu aşkar olunub.

Burada dahi şairin yaradıcılığına məxsus olan əsərlər London, Madrid, Leyden, Salamanca, Qranada, Palma və digər dünya şəhərlərində ingilis, ispan, ərəb və başqa dillərdə nəşr olunmuş və ya qeydə alınmış nümunələr qorunmaqdadır.

Araşdırma zamanı məlum olub ki, İspaniya Milli Kitabxanasında Nizami Gəncəvinin irsinə aid mühafizə olunan ən qədim nümunə 1972-ci ildə Madrid şəhərində Nizaminin sözlərinə bəstələnmiş “Leyla” adlı musiqi yazısıdır.

 Kitabxanada Nizami Gəncəvi irsinə məxsus ən son nəşr isə 2018-ci ildə İspaniyanın Palma şəhərində nəşr olunmuş “Leyli və Məcnun” poemasıdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay