A

UNEC-də İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun (İAETİ) təşkilatçılığı ilə“İşğaldan azad edilmiş ərazilərdə davamlı inkişafın təmin edilməsində müasir meyllər” mövzusunda elmi seminar keçirilib.

İAETİ-nin direktoru professor Yadulla Həsənli mövzu barədə qısa məlumat verdikdən sonra, institutun elmi katibi Rafail Rzayev “İşğaldan azad edilmiş ərazilərdə davamlı inkişafın təmin edilməsində müasir meyllər” mövzusunda məruzə ilə çıxış edib. O, müasir dövrdə dayanıqlı inkişafın təmin edilməsinin əhəmiyyətindən, bu istiqamətdə beynəlxalq səviyyədə həyata keçirilən tədbirlərdən söz açıb. Məruzəçi “ağıllı şəhər” və “ekoşəhər” konsepsiyalarına da toxunaraq, bu yanaşmanın işğaldan azad edilmiş ərazilərə verəcəyi töhfələri açıqlayıb.

Çıxışdan sonra məruzəçi iştirakçıların suallarını cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay