A

UNEC-in "Ticarət və gömrük işinin təşkili"kafedrasında Elm festivalı çərçivəsində tədbir keçirilib.

Kafedra müdiri professor Arif Şəkərəliyev iştirakçılara elmin yaranması, onun təkamülü və gələcək inkişafı barədə ətraflı məlumat verib. Həmçinin sənaye inqilablarının baş verməsində elmin rolu, müasir dövrdə nanotexnologiyaların, yeni innovasiyaların, süni intellektin inkişafı mərhələlərini şərh edib.

Tədbirdə elmi kadrların hazırlanması, universitetdə elmə verilən dəyər, tədqiqat yönümlü universitetin formalaşması, universitet əməkdaşlarının elmi məqalələrinin reytinqli jurnallarda çapı, UNEC-100 İnkişaf Strategiyasının hədəfləri barədə müzakirələr aparılıb. "Biznesin idarə edilməsi" kafedrasının müdiri dosent Məhəmməd Əliyev, dosent Məhərrəm Əkbərov və digər əməkdaşlar mövzu ilə bağlı fikirlərini bölüşüblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay