×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder index.html silmək alınmadı


A

UNEC İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu (İAETİ) ilə Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) arasında görüş keçirilib.

Görüşdə İKSAD-ın baş direktoru dr. Mustafa Latif Emek İAETİ-nin direktoru professor Yadulla Həsənli rəhbəri olduqları qurumun fəaliyyəti barədə fikir mübadiləsi apararaq, əməkdaşlıq imkanlarını müzakirə ediblər. Y.Həsənli İAETİ tərəfindən keçiriləcək “Regional inkişaf və rəqəmsal iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans barədə də məlumat verib. M.L.Emek konfrasa təşkilati dəstək göstərəcəklərini və konfransa təqdim olunmuş məqalələrin əməkdaşlıq etdikləri SCOPUS və Web of Scince bazalarına daxil olan jurnallara təqdim edəcəklərini bildirib.

Sonra İKSAD ilə İAETİ arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə hər iki tərəf arasında birgə elmi fəaliyyət, o cümlədən konfransların keçirilməsi, elmi qrantların yerinə yetirilməsi, beynəlxalq nüfuzlu jurnallarda məqalələrin dərc olunması və s. kimi müddəalar öz əksini tapıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay