A

Sentyabrın 5-dən UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən UNEC-in professor-müəllim və inzibati heyəti üçün “Soft skills” (yumşaq bacarıqlar) təlimlərinə başlanılacaq.

500 nəfərin qatılacağı “Soft skills” təlimləri 4 müxtəlif modul - “Effektiv kommunikasiya” (Effective communication), “Vaxtın idarə edilməsi” (Time management), “Uğurlu komanda qurmaq” (Building a successful team) və “Problemlərin həlli metodları” (Problem solving methods) üzrə aparılacaq.

Təlimləri UNEC Ömürboyu Təhsil mərkəzinin təşkilatçılığı ilə İsrail və Azərbaycanda xarici ekspertlər tərəfindən təlim keçmiş, peşəkar UNEC müəllimlər keçəcəklər.

Təlimçilər:

Əli Ağa İsmayılzadə, iqtisad üzrə fəlsəfə doktoru- Amsterdam Universitetində magistratura təhsil pilləsi üzrə MBA proqramı məzunudur. Avropa Birliyi Təhsil Fondunun, Dünya Bankının Azərbaycan üzrə ekspertı vəzifəsində çalışıb. İqtisadiyyat və menecment kafedrasının dosentidir, 80-ə yaxın elmi məqalənin, həmçinin İmpact factor jurnallarda çap edilmiş 3 monoqrafiyanın müəllifidir.

Afaq Hüseyn, iqtisad elmləri namizədi, dosent - MBA Biznes Məktəbinin və Karyera planlaması və inkişafı kafedrasının müəllimidir. 1-ci dərəcəli dövlət qulluqçusudur. 55-dən artıq elmi əsərin, 6 dərs vəsaitinin müəllifidir. 30-dan artıq beynəlxalq konfransın spikeri, 2 beynəlxalq layihənin ekspertidir.

Rəşad Məhərrəmov, siyasi elmlər üzrə fəlsəfə doktoru, baş müəllim – UNEC-in Karyera planlaşdırılması və inkişafı kafedrasının müdiridir. Dövlət idarəçiliyi sahəsində Almaniya - GİZ Təşkilatının və Sinqapur Li Kuan Yu Milli Universitetinin Azərbaycanda təşkil etdiyi beynəlxalq layihələrin iştirakçısı olub. 30-a yaxın elmi məqalənin və bir neçə fənn proqramının müəllifidir.

Leyla Nəzirzadə, fəlsəfə üzrə fəlsəfə doktoru -  BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin “Fəlsəfə” ixtisası üzrə bakalavriaturasını, “Sosial fəlsəfə” ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirib. UNEC-in Təcrübənin təşkili şöbəsinin müdiridir. Yerli və beynəlxalq elmi jurnallarda dərc olunmuş 21 məqalənin, 3 fənn proqramının müəllifidir.

Könül Quliyeva – UNEC məzunudur. Safavy.org onlayn təhsil platformasının həmtəsisçisi və icraçı direktorudur. “People of Science”, T3Vakfı “Entrepreneurship Improvement” beynəlxalq proqramlarını bitirib. Azərenerji ASC, PAŞA Həyat ASC kimi şirkətlərdə 8 ilədək maliyyə və biznesin inkişafı üzrə təcrübəyə malikdir.

Gülnarə İsmayilova - Varşava Universitetinin magistratura pilləsi üzə IBP (International Business Program) proqramını bitirib. 2 il Polşada özəl universitetdə işləyib. Azərbaycanda özəl və dövlət müəssisələrində insan resursları üzrə rəhbər vəzifələrdə çalışıb. Hazırda AzTU-da şöbə müdiri və UNEC “Karyera planlaşdırılması və inkişafı” kafedrasında müəllim vəzifəsində çalışır.

Nərgiz Seyid-zadə  - Azərbaycan İnsan Resursları Assosiasiyasının həmtəsisçisi və sədr müavinidir. UNEC-in Karyera planlaşdırılması və inkişafı kafedrasının və SABAH qruplarının müəllimidir. Biznes məsləhətçi və "Erickson Coaching İnternational (İCF)" beynəlxalq sertifikatlı kouçdur. İnsan resurslarının idarə edilməsi sahəsi üzrə beynəlxalq kvalifikasiya SPHRi (HRCİ) sahibidir.

Saleh Həsənov - Azərbaycan İnsan Resursları Assosiasiyasının İdarə Heyətinin üzvü, UNEC-in Karyera planlaşdırılması və inkişafı kafedrasının müəllimidir. Özəl sektorda İnsan resursları departamentinin rəhbəri vəzifəsində çalışır.

Cəmilə Həsənova, tarix üzrə fəlsəfə doktoru, arxeoloqdur. UNECin Humanitar fənlər kafedrasının baş müəllimi və SABAH qruplarının müəllimidir. Akademik yazı və Sosial tədqiqat metodları üzrə beynəlxalq sertifikata malikdir. 40-a yaxın elmi məqalənin, həmçinin İmpact factor jurnallarda çap edilmiş 1 monoqrafiyanın müəllifidir.

Sevda Zeynalova- Karyera planlaşdırılması və inkişafı kafedrasının müəllimi və İstanbul Universitetinin doktorantıdır. Hacettepe Universiteti üzrə Maliyyə və İnsan Resurslarının İdarə edilməsi fakültələrinin magistr məzunudur. Bilginet Akademisinde Yaşam Koçluğu, Nefes Koçluğu və Öğrenci koçluğu ilə bağlı E-devlet onaylı sertifikatının, eləcə də TOBB Universitetinin Proje Yönetimi sertifikatının sahibidir. ŞahSev consaltinqin qurucusudur.

Günel Məmmədova –Karyera planlaşdırılması və inkişafı kafedrasının müəllimidir. UNEC-in MBA üzrə (Human Resources Management) məzunudur. Uzun müddət özəl sektorda insan resursları üzrə rəhbər vəzifədə çalışıb, hazırda İR üzrə biznes konsultant kimi fəaliyyət göstərir.

PROQRAM

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay