A

UNEC-də “Beynəlxalq ticarətin müasir xüsusiyyətləri və Azərbaycanın  xarici ticarəti” mövzusunda hibrid seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin rəhbəri professor İrşad Kərimli müasir dövrdə beynəlxalq ticarətin həcminin və artım tempinin dünyanın ümumdaxili məhsulunun həcmindən və artım surətindən daha çox olduğunu, bu baxımdan beynəlxalq sövdələşmələrin böyük hissəsinin məhz inkişaf etmiş ölkələrin payına düşdüyünü bildirib. Məruzəçi Azərbaycanın xarici ticarət əlaqələrinin inkişaf etdirilməsinin başlıca yollarından biri kimi beynəlxalq ticarətin müasir xüsusiyyətlərinin araşdırılması olduğunu qeyd edib.

UNEC Xarici Ticarətə Dəstək Mərkəzinin tədqiqatçısı, AzTU-nun prorektoru dosent Mayis Gülalıyev təqdimatla çıxış edərək, xarici ticarət dövriyyəsi, Azərbaycanda daxili və xarici investisiyaların dinamikası, mal və xidmətlərin ticarət həcmi barədə ətraflı məlumat verib. Eləcə də qloballaşmanın ölkənin xarici-iqtisadi fəaliyyətinə təsirlərinin sadələşdirilmiş sxemini seminar iştirakçıları ilə bölüşüb.

Seminarda məruzəçilərə ünvanlanan suallar ətraflı cavablandırılıb.

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin təşkilatçılığı ilə keçirilən seminar şöbənin facebook səhifəsi üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR