A

Milli Erasmus+ Ofisinin ölkə ürzə direktoru Pərviz Bağırov UNEC-də olub.

UNEC-in əməkdaşları görüşən Pərviz Bağırov onlara Erasmus+ KA2 və Jean Monnet layihələri, layihəyə müraciət forması, EACEA-nın prioritet sahələri haqqında ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

Görüşdə qeyd olunub ki, layihələrlə bağlı Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarəolunması şöbəsində UNEC-in akademik heyətinin məlumatlandırılması istiqamətində növbəti mərhələ üçün müvafiq işlərə başlanılıb. Belə ki, layihə yazılması prosesi ilə maraqlanan akademik heyət nümayəndələri üçün sosial media qrupu yaradılıb və şöbənin əməkdaşları tərəfindən istiqamətləndirmə prosesi reallaşdırılır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay