A

UNEC-də “Xaricdə magistratura: Nə? Niyə? Necə?” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova seminarın xaricdə magistr təhsili almağı düşünən tələbələr üçün faydalı olacağı bildirib.

UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri dos. Xətai Alıyev xaricdə təhsil almağın üstünlüklərindən söz açaraq, vacib olan önəmli məqamları açıqlayıb.

Empirik Tədqiqatlar Mərkəzinin tədqiqatçısı, Böyük Britaniyanın Qlazqo Universitetinin məzunu Nicat Muradzadə təqdimatla çıxış edərək, ölkə xaricində ali təhsilin magistratura səviyyəsi üzrə qəbul prosesi, təqaüd proqramları və digər vacib məqamlara aydınlıq gətirib. Xaricdə magistr təhsili almaq üçün həmin universitetin dünya reytinqlərindəki yerinin və ixtisasın populyarlığının nəzərə alınmasını tövsiyə edib.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR