A

UNEC-də Data Analitika ilə bağlı ödənişsiz sertifikatlı “Power BI ilə vizuallaşdırma” seminarı keçirilib.

Ömürboyu Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarda təcrübəli təlimçi Elçin Tarverdiyev data analitika sahəsində vizuallaşdırmanın önəmindən və müasir əmək bazarında data analitika sahəsinin əhəmiyyəti barədə məlumat verib. Power BI proqramının işləmə prinsipindən bəhs edən təlimçi, mövcud datalardan istifadə edərək, Power BI proqramı üzərində vizuallaşdırma aparmış, öz real təcrübələrini dinləyicilərlə bölüşüb.

Seminarın sonunda iştirakçılara sertifikat təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay