A

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan beynəlxalq seminar keçirilib.

Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlının açılış nitqinin ardından, Türkiyənin Uludağ Universitetinin professoru Ömer Göksel İşyar, Macarıstanın Dunaujvaros Universitetinin professoru Gyorgy Agoston, Şimali Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin professoru Azam Körbayram, Qırğızıstanın K. Sh. Toktomamatov adına Beynəlxalq Universitetinin professoru Cenişbek Duyşeyev və Qazaxıstanın Yessenov Universitetinin professoru Ahmet Demeyev çıxış edərək, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş son dərəcə ağır hərbi cinayət olan Xocalı soyqırımının beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalı olduğunu bildiriblər.

Üç işçi dildə keçirilən tədbirdə UNEC-in əcnəbi tələbələri də fəal iştirak ediblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay