A

UNEC-də Elm festivalı çərçivəsində növbəti tədbir “Güclü iqtisadçı olmaq üçün nə etməli?” mövzusunda olub.

UNEC-in departament direktoru professor Zahid Məmmədovun moderatorluğu ilə keçirilən tədbirdə Paşa Holdinqin baş iqtisadçısı Elman Eminov mövzu ilə bağlı maraqlı təqdimatla çıxış edib.

Elman Eminov əmək bazarında işəgötürənlər tərəfindən iqtisadçı mütəxəssislərdən tələb olunan bilik və bacarıqlar barədə məlumat verib. O, güclü iqtisadçının öz ixtisası ilə yanaşı, rəqəmsal, araşdırma və təhliletmə bacarıqlarının olmasının vacibliyini önə çəkib. Eyni zamanda əldə edilən nəzəri biliklərin praktiki tətbiqinin əhəmiyyətini vurğulayıb. Paşa Holdinqin təmsilçisi bu istiqamətdə öz təcrübəsini də tədbir iştirakçıları ilə bölüşüb və tövsiyələr verib.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay