A

UNEC-də Elm festivalı çərçivəsində Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədovun moderatorluğu ilə “Təhsilalanların elmə marağını artırmaq üçün nə etdik və ya nə edirik?” mövzusuna həsr olunan tədbir keçirilib.

Tədbirdə SABAH Mərkəzinin rəhbəri dosent Aida Quliyeva, Tələbə işləri mərkəzinin direktoru Xalidə Yusifova, “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri Aslan Əzimzadə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, Tələbə-rektor Cabbar Cəlilov və digər əməkdaşlar, tələbələr iştirak ediblər.

Professor Zahid Məmmədov tədbirdə tələbələrin elmi-tədqiqat fəaliyyəti, eləcə də tədqiqat prosesi üçün zəruri olan elmi biliklərin metod və formaları haqqında məlumat verib.

SABAH Mərkəzinin rəhbəri dosent Aida Quliyeva tədbirdə tələbələrin elmə verdiyi dəyərdən danışaraq, dünya praktikasına nəzər salıb.

Tələbə işləri mərkəzinin direktoru Xalidə Yusifova, “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri Aslan Əzimzadə tələbələrin elmi fəaliyyətləri, həyata keçirilən layihələr barədə məlumat verərək, tələbələrin suallarını cavablandırıblar

Görüş maraqlı diskussiya ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay