A

Elm festivalı çərçivəsində UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadənin “Professor-müəllim heyətinin nüfuzunun artırılması kimdən və nədən asılıdır?” mövzusunda təqdimatı olub.

Elşən Bağırzadə təqdimatda professor-müəllim heyətinin nüfuzunun onların ixtisas sahələrindən, elmi dəyərlərə sadiqliyindən, akademik etikanı mənimsəmə səviyyələrindən asılı olduğunu vurğulayıb. Eləcə də onların nüfuzunun çalışdığı quruma, cəmiyyətə qazandırdıqları maddi və mənəvi dəyərlərdən söz açıb. O, akademik heyətin çalışdığı qurumların, bütövlükdə cəmiyyətin elm adamlarının nüfuzunu qorumaq üçün görməli olduqları işlərdən də bəhs edib. Eləcə də sosial status, əməkhaqqı, imtiyazlarla bağlı ABŞ və Qərb universitetləri ilə Azərbaycanın ali təhsil sektorunun müqayisəli təhlilini verərək, bu sahədəki problemləri və həll yollarını açıqlayıb. UNEC-də bu sahədə görülən işlər və hədəflər haqqında məlumat verib.

Sonra mövzu ətrafında çıxışlar olub, suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay