A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin böyük mütəxəssisi Aydın Abdullazadə Avropa Universal Döyüş Federasiyanın Baş katibi vəzifəsinə təyin olunub.

Avropa Universal Döyüş Federasiyasının Bakıda Latviya, Litva, Estoniya, Rusiya, Bolqarıstan, Türkiyə, Ukrayna, Rumıniya və digər ölkələrdən olan İcraiyyə Komitəsi üzvlərinin iştirakı ilə keçirilən konqresində seçki mərhələsində Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Natiq Əliyev yekdil səsverməyə əsasən Avropa Universal Döyüş Federasiyasının prezidenti seçilib, Aydın Abdullazadə isə federasiyanın baş katibi seçilib.

Qeyd edək ki, A.Abullazadə 2009-cu ildə keçirilən Universal döyüş üzrə Avropa çempionatının bürünc medal mükafatçısıdır, eyni zamanda “C” kateqoriyalı Beynəlxalq dərəcəli hakimdir. O, 2004-cü ildən etibarən hər il ölkəmizdə ənənəvi keçirilən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Universal döyüş üzrə Beynəlxalq Turnirin baş katibi vəzifəsini icra edib.

UNEC kollektivi adından Aydın Abdullazadəni təbrik edirik, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar  arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay