A

UNEC-in 90 illiyi ilə bağlı tədbirlər çərçivəsində Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə UNEC-in məzunu, Yelo Bankın baş direktoru Günay Cəlilova ilə professor-müəllim və tələbə heyətinin onlayn görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Gəray Musayev uğur qazanmış məzunlarla görüşlərin məqsəd və əhəmiyyətindən danışıb və belə görüşlərin davamlı olacağını bildirib. G.Musayev uğur qazanan məzunlarla görüşlərin tələbələr üçün  böyük motivasiya olduğunu qeyd etdərək, məzunların öz təcrübələrini tələbələrlə bölüşmələrinin faydalı olacağını vurğulayıb.

Yelo Bankın  baş direktoru Günay Cəlilova universitetin professor-müəllim heyəti və tələblərlə görüşdən məmnunluğunu ifadə edərək, məzunu olduğu universitetin son illərdə böyük uğurlara imza atdığından qürur duyduğunu bildirib. UNEC-in 90 illik yubileyi münasibətilə universitet kollektivini təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb.

Günay Cəlilova tələbəlik illəri, məzun olduqdan sonrakı fəaliyyəti barədə ətraflı məlumat verib, qazandığı təcrübəni müəllim və tələbələrlə bölüşüb. O, təmsil etdiyi qurumla universitetin daha sıx əməkdaşlığı, birgə layihələrin reallaşdırılması istiqamətində dəstək olacağını dqqətə çatdırıb.

Sonra UNEC məzunu tələbələri maraqlandıran sualları cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay