A

aia.az

Oktyabrın 5-də UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Beynəlxalq Müəllimlər Günü” nə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir.

aia.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə “Beynəlxalq Müəllimlər Günü”nün Ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən ölkəmizdə bayram kimi qeyd olunduğu bildirilib. Çıxış edənlər bayramın yaranma tarixindən danışıb, ölkəmizdə müəllimlərə xüsusi hörmət bəsləndiyini, eləcə də onların daima dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıblar. Müəllim peşəsinin tarixən cəmiyyətdə ən dəyərli peşələrdən biri hesab olduğu diqqətə çatdırılıb. Tədbirdə çıxış edən Kollecin direktoru Vidadi Orucov qeyd etdi ki, təhsil dövlətimizin qayğısı altındadır. Təhsil işçiləri də bu böyük qayğıdan ruhlanaraq tələbələri dövlətimizin möhkəmlənməsi, öz soykökünə qayıdış, milli, məvəvi və mədəni dəyərlərimizin təbliği,Vətənini sevən və daim ucaltmağa çalışan ümumbəşəri dəyərlərə yiyələnmək ruhunda tərbiyə edirlər.

Sonda bir qrup müəllim heyəti fəxri fərmanlarla təltif olundular.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay