A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsində “Sağlam həyat naminə narkomaniyaya və zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici tədbir keçirilib.

Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov çıxış edərək bildirib ki, tədbirin keçirilməsində məqsəd tələbələri narkomaniyanın və zərərli vərdişlərin yaratdığı problem və fəsadlar barəsində maarifləndirmək və onlara sağlam həyat tərzini təbliğ etməkdir.

Tədbirdə Yasamal Rayon Polis idarəsinin Yetkinlik Yaşına çatmayan Profilaktik işin Təşkili bölməsinin rəisi polkovnik-leytenant Nəbi Nəcəfov narkomaniyanın və zərərli vərdişlərin yaratdığı fəsadlar haqqında geniş məlumat verərək, narkomaniyanın insan sağlamlığı üçün təhlükələrindən, eləcə də narkotik vasitələrdən yaranan asılılıqdan və ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışıb. Nəbi Nəcəfov qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdən həmişə geri qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay