Aprelin 11-də Laçın istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, UNEC-in məzunu Vidadi Zalovun dəfn mərasimi keçirilib.
UNEC-in kollektivi Vidadi Zalovun dəfndə iştirak edərək, şəhidin ailəsinə başsağılığı verib.
Vidadi Zalovun cənazəsi Saray qəbiristanlığına gətirilərək, cənazə namazı qılınıb. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.
Şəhidimiz Vidadi Zalovun nəşi torpağa tapşırılıb.
Allah rəhmət eləsin!