A

UNEC-in Rus İqtisad Məktəbində korrupsiyaya qarşı mübarizə sahəsinə aid seminar keçirilib.

Tədbirdə Hüquq müəllimi Aytən İbadova çıxış edərək, tədbirin əhəmiyyətindən, son vaxtlar respublikamızda bu sahədə həyata keçirilən mühüm qanunvericilik və digər islahatlardan danışıb. Aytən İbadova bildirib ki, korrupsiyaya qarşı mübarizənin vacibliyi bu sahədə ciddi müzakirələrin aparılmasına ehtiyac yaradır.

Fakültənin direktor müavini Anar Eyyubov isə tədbirdə korrupsiyaya qarşı mübarizədə Polşa, Yaponiya, Gürcüstan təcrübəsindən nümunələr gətirərək, dünya ölkələri ilə müqayisələr aparıb. Tədbirdə Anar Eyyubov ölkəmizdə korrupsiya hallarına qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etməsi, qabaqlayıcı və maarifləndirmə tədbirlərinin kompleks tətbiqi ilə xarakterizə olunan genişmiqyaslı islahatların həyata keçirilməsi barədə məlumat verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay