A

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev 11 aprel 2023-cü il tarixində Laçın istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun hərbi qulluqçusu, UNEC-in məzunu Vidadi Zalovun məzarını ziyarət edib və şəhidin ailəsinə baş çəkib.

Vidadi Zalov 17 iyul 1985-ci ildə Saray qəsəbəsində anadan olub. Saray qəsəbəsi 2 saylı məktəbi bitirib. 2003-2007-ci illərdə UNEC-də “Maliyyə” ixtisası üzrə təhsil alıb.

Ailəli idi, iki övladı yadigar qaldı.

Allahdan şəhidimizə rəhmət, ailə üzvləri və yaxınlarına səbr diləyirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay