A

UNEC-in “Ekologiya” ixtisası üzrə təhsil alan tələbələri ekoloji turda olublar.

Ekotur İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının dosenti Afaq Hacıyevanın mentorluğu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xüsusi mühafizə olunan ərazilərin inkişafı şöbəsinin müdiri Elnur İbrahimov və “Ekologiya” ixtisasının rəhbəri Fidan Qurbanovanın təşkilatçılığı ilə baş tutub.

Tələbələr Şahdağ Milli Parkının İsmayıllı rayonu ərazisindəki hissəsində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə birlikdə Göyçay çayına körpə balıq növlərinin buraxılışını həyata keçiriblər.

Sonra UNEC məzunu olan nazir Muxtar Babayevin tələbələrlə çay süfrəsi arxasında maraqlı və səmimi söhbətləri baş tutub.

Ekoturda tələbələrə Şahdağ Milli Parkının zəngin flora və faunası barədə maraqlı məlumatlar da verilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay