A

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” keçirilib.

Marafon və Fləşmob İştirakçıları arasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaş və fəal tələbələri də yer alıblar.

2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir. Budəfəki marafona 19 500 nəfər iştirakçı qeydiyyatdan keçib. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edib.

“Bakı Marafonu 2023”-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev 100" yazısı əks olunan fləşmob keçirilib. Fləşmobda ümumilikdə 2000-dən çox gənc könüllü iştirak edib.

TOP XƏBƏRLƏR