A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad fakültəsinin dekanı professor Mehmet Yüce və 4 saylı Bakı ASAN Xidmət mərkəzinin könüllülərinin birgə təşəbbüsü ilə "Ulu Öndərin qayıdışı ilə xalqımızın Azərbaycançılıq ideyaları ətrafında birləşməsi" adlı tədbir keçirilib.

Tədbirdə Türk Dünyası İqtisad fakültəsinin dekanı professor Mehmet Yüce Heydər Əliyevin Türk dünyası ilə bağlı gördüyü işlərdən, Türkiyə və Azərbaycanın sıx iqtisadi, siyasi, humanitar əlaqəsindən, ikitərəfli siyasi münasibətlərdən danışıb.

Sonda ASAN Xidmət mərkəzinin məsul şəxsi Cahan Ələkbərova professor Mehmet Yüceye təşəkkürnamə təqdim edərək, öz təşəkkürünü bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay