A

Zəfərimizlə başa çatan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunu Əsədli Əsədin iyunun 17-də doğum günü idi, yaşasaydı 28 yaşı olacaqdı.

Şəhidin doğum günü münasibəti ilə, UNEC Qiyabi və Əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, mərkəzin şöbə müdiri Yalçın Köçərli, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və fəal tələbələr şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər. Daha sonra UNEC kollektivi şəhidin anım mərasimində iştirak ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay