A

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə BMDM-in rəhbər müavini dosent Aytən Hüseynli 15 iyun Milli Qurtuluş günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldığını bildirərək,  həmin günün Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulduğunu bildirib. A.Hüseynli qeyd edib ki, bu tarixi hadisə Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsini aradan qaldırıb və Respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməlini qoyub.

İqtisadi və texnoloji elmlər kafedrasının dosenti Samirə Şamxalova tədbirdə bildirib ki, Ümummmilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratmaqla elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğunun təməlini qoyub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay