A

UNEC-ə yeni qəbul olan tələbələr üçün Oriyentasiya Günü təşkil olunub!

Əsas tədris binasında təşkil olunan tədbirdə inzibati və təşkilatı məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov universitetə yeni qəbul olan tələbələri və onların valideynlərini salamlayaraq, UNEC-i seçdikləri üçün təşəkkürünü bildirib, tələbələrə təhsillərində uğurlar arzulayıb.

Maliyyə və Mühasibat fakültəsinin dekanı dos.Hafis Hacıyev tələbələri təbrik edərək, fakültə barədə onlara qısa məlumat verib.

Sonra Maliyyə və Mühasibat fakültəsi ilə Beynəlxalq İqtisadiyyat Məktəbinə yeni qəbul olan tələbələr Beynəlxalq Əməkdaşlıq Departamenti, Karyera Mərkəzi, İnnovativ Biznes İnkubatoru, kitabxana və tələbə təşkilatlarının məlumat guşələrinə yaxınlaşaraq, hər birinin fəaliyyəti barədə məlumatlanıblar.  UNEC könüllüləri tələbələrə bələdçilik edərək, onları dekanlıq, kitabxana, auditoriyalar və digər inzibati otaqlarla tanış ediblər.

Oriyentasiya Günündə UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi də təşkil olunub, əyləncəli idman yarışları keçirilib.

Günboyu Yaradıcılıq Mərkəzinin üzvləri müxtəlif musiqi nömrələri ilə çıxış edərək, UNEC ailəsinə yeni qatılan tələbələrə xoş anlar yaşadıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay