A

Türk Dünyası İqtisad Fakültəsi ilə İqtisadiyyat və İdarəetmə Fakültəsinin tələbələrinin Təhsil Tələbə Krediti Fondunun (TTKF) Təhsil müəssisələri ilə iş şöbəsinin aparıcı mütəxəssisi Ağca Məmmədovanın görüşü keçirilib.

Fondun əməkdaşı Ağca Məmmədova geniş təqdimatla çıxış edərək, tələbələri fondun yaradılması, fəaliyyəti, fond tərəfindən bu günədək görülən işlər, fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları, kreditin məbləği və qaytarılması müddəti, nəzərdə tutulan güzəştlər və s. barədə ətraflı məlumatlandırıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay