A

“Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası və UNEC-in müvafiq Tədbirlər Planının 1-ci bəndinə uyğun olaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumu – WUF13-ün Azərbaycanda keçirilməsinin əhəmiyyəti ilə bağlı təbliğat tədbirləri çərçivəsində 17 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində seminar keçirilib.

Seminarın əsas məqsədi WUF13-ün Azərbaycanda təşkil olunmasının əhəmiyyətini vurğulamaq, şəhərsalma və memarlıq sahəsində qlobal tendensiyalar barədə məlumatlılığı artırmaq, eləcə də tələbə və akademik heyətin bu istiqamətdə maarifləndirilməsini təmin etmək olub.

Tədbirdə fakültə dekan müavini Cavahirxanım Məmmədova, İqtisadiyyat və işlətmə kafedrasının müəllimləri Maqsud Mirzəyev və Abı Abıyev iştirak ediblər.

Seminar çərçivəsində şəhərsalmanın dayanıqlı inkişafı, müasir urbanizasiya çağırışları və Azərbaycanın WUF13 kimi nüfuzlu beynəlxalq platformada rolu ilə bağlı geniş müzakirələr aparılıb. Qeyd olunub ki, belə tədbirlər tələbələrin qlobal şəhərsalma prosesləri haqqında biliklərinin artırılmasına və onların bu sahədə fəal iştirakının təşviqinə mühüm töhfə verir.

TOP XƏBƏRLƏR