A

UNEC-in Rus İqtisad Məktəbində Anım Gününə həsr edilmiş tədbir keçirilib.

Rus İqtisad Məktəbinin THİK və TGT-nin təşkilatçılığı ilə keçirilən tədbirdə öncə vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİM-in direktoru Mənsur Bərxudarov tədbirdə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizin hər zaman böyük ehtiram və hörmətlə yad ediləcəyini və şanlı qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsininin daim qəlblərdə yaşayacağını qeyd edib.

Tədbir iştirakçılarına fakültənin şəhidləri- Naib Namətov və İsax Verdiyevə həsr edilmiş video çarx təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay