A

UNEC-in Rus İqtisad Məktəbində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan seminar və bədii tədbir keçirilib.

Seminarda fakültənin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Anar Eyyubov ölkəmizin müstəqilliyini 32 ildən sonra ilk dəfə olaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək keçirdiyini, bu gün Azərbaycanın bütün bölgələrində üçrəngli bayrağımızın qürurla dalğalandığını bildirib.

Rus İqtisad Məktəbində Müstəqilliyin Bərpası Gününə həsr olunan digər tədbir İqtisadçı Tələbələrə Dəstək İB-nin təşəbbüsü ilə keçirilib. Tədbirdə tələbələr Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin dönməzliyi naminə misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin suverenliyimizin tam bərqərar olması istiqamətində atdığı inamlı addımlardan və Zəfər tariximizdən danışıblar.

Tədbir sonra bədii hissə ilə davam edib. Tələbələr müstəqiliiyimizə həsr olunmuş şeirlər səslənidiriblər, "Azərbaycan" mahnısını ifa ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay