A

UNEC-in Rus İqtisad Məktəbində 17 noyabr- Milli Dirçəliş Gününə həsr edilmiş seminar keçirilib.

RİM-in direktor müavini Anar Eyyubov seminarda bildirib ki, 1988-ci ilin noyabrın 17-də Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlayıb. A.Eyyubov onu da əlavə edib ki, Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır..

Seminarda Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs edilib. Həmçinin, ölkəmizdə gedən inkişaf prosesi və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında danışılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay