A

Rəqəmsal İqtisadiyyat fakültəsində 17 Noyabr - Dirçəliş Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən fakültənin dekanı dosent Elman Cəfərov Dirçəliş Gününün yaranması tarixindən söz açaraq,  geniş məruzə ilə çıxış edib. Bildirib ki, erməni şovinistləri daim Azərbaycan xalqına, türk millətinə qarşı düşmənçilik mövqeyi nümayiş etdirmiş, torpaqlarımızı qəsb etmək üçün çalışmışdır. Bədxah qonşularımızın bu niyyətləri sovet hakimiyyəti illərində xüsusilə amansız hal almışdır. Belə ki, 1988-ci ildən başlayaraq, Ermənistanda yaşayan soydaşlarımız öz doğma torpaqlarından zorla qovulmuş, erməni daşnaqları dövlətimizin sərhəd xəttini pozaraq torpaqlarımızı işğal etməyə çalışmışdır. Belə bir vəziyyətdə yüz minlərlə azərbaycanlı o vaxtkı Sovet rəhbərliyinə və erməni millətçilərinin vəhşiliklərinə etirazını bildirmək üçün meydanlara axışaraq, müstəqillik və azadlıq uğrunda birlik nümayiş etdirmiş, işğalçılara qarşı hərəkat başlatmışdır. Noyabr ayının 17-də isə bu hərəkat fəaliyyətinin ən yüksək zirvəsinə çatmışdır. Məhz həmin gün xalqımızın tarixində milli-azadlıq hərəkatı kimi qiymətləndirilmiş və ölkəmizin istiqlaliyyət qazanmasında əsas amil sayılmışdır.

Məruzədən sonra “Heydər Əliyev və Qarabağ” mövzusunda videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay