A

UNEC Dizayn Məktəbində "İnsan alverinə qarşı mübarizə" mövzusunda tələbələrə maarifləndirici tədbir keçirilib.

Tədbiri UNEC Dizayn məktəbinin direktoru, dos.Lalə Məmmədova açaraq, insan alverinin transmilli cinayət olduğunu və insan alverinə qarşı mübarizədə əhalinin maarifləndirilməsi işinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. İnsan alverinin qarşısını almaq üçün əsas tədbirlər arasında alverə məruz qalmaq təhlükəsi altında olan insanlar arasında məlumatlılığın artırılmasını diqqətə çatdırıb.

Dizayn kafedrasının müdiri dos.Elfanə Qasımova insan alveri cinayətlərinin profilaktikasında və ictimaiyyətin məlumatlandırılmasında xüsusi əhəmiyyət kəsb edən kütləvi informasiya vasitələrinin imkanlarından da geniş istifadə olunması, görülən işlər, əldə olunan nəticələrin qəzetlərdə, jurnallarda, habelə müxtəlif teleradio kanallarında və ayrı-ayrı informasiya agentliklərində işıqlandırılmalı olduğunu vurğulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay