A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində narkomaniya və insan alverinə qarşı mübarizəyə həsr olunan maarifləndirici tədbir keçirilib.

Fakültənin dekanı dosent Elman Cəfərov tədbirdə çıxış edərək, narkomaniyanın, narkotik tərkibli maddələrdən istifadənin, onların istehsalının və ticarətinin bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli qlobal problemlərdən olduğunu deyib.

Tədbirdə iştirak edən Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis mayoru Anar İbrahimov, Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəbi Nəcəfov, Yasamal rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın katibi Rasim Əliyev çıxış edərək “Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!” devizi altında ölkədə həyata keçirilən maarifləndirici tədbirlərdən söz açıblar. Çıxış edənlər narkotik maddələrin insan sağlamlığı üçün törətdiyi fəsadları diqqətə çatdıraraq, gəncləri bu zərərli maddələrdən uzaq olmağa çağırıblar.

Çıxış edənlər insan alverinə qarşı mübarizə sahəsində ölkədə aparılan kompleks tədbirlərdən də bəhs ediblər. Bu sahədə cəmiyyətdə maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay