A

UNEC-in Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin “Gənc mühəndislər” dərnəyi tərəfindən "Öz uğurunu inşa et" adlı təlim keçirilib.

Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov tədbirin açılışında çıxış edərək, tələbələrə uğur qazanmaq üçün daim özlərini inkişaf etdirmələrini tövsiyə edib.

UNEC-in Psixoloji Xidmət Mərkəzinin rəhbəri Şəfahət Abdullayeva mövzu ilə bağlı tələbələri ətraflı məlumatlandırdıqdan sonra mərkəzin psixoloqu Aysel Abdullayeva psixoloji testlərdən istifadə edərək tələbələri sınaqdan keçirib.

Təlimdə iştirak edən “Dadaş MMC”nin direktoru Nəsimi Dadaşov uğur qazanmaqla bağlı öz təcrübəsini tələbələrlə bölüşüb, onların suallarını cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay